İspaniya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun müdafiəçisi Emerik Lyaport karyerasını La Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Xəbərə görə, 30 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə İspaniya nəhənginin bu keçid üçün Ər-Riyad təmsilçisinə pul ödəmək istəmədiyini, Lyaportu azad agent qismində rənglərinə bağlamağı hədəflədiyini vurğulayıb. Hazırda danışıqların davam etdirildiyi bildirilib.
Xatırladaq ki, "Əl-Nəsr" Emeriki 2023-cü ildə, 27 milyon avro qarşılığında "Mançester Siti"dən alıb. Sözügedən futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı komandasının heyətində 27 matça çıxaraq 4 qol vurub.
Nihat