Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiəçisi Teteni Yunanıstan təmsilçisi "Panatinaikos"a satıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "aslanlar" 24 yaşlı oyunçunun transferindən 4,75 milyon avro qazanacaqlar.
Qeyd edək ki, Tete 2023-cü ildən "sarı-qırmızılar"ın formasını geyinirdi oynayırdı. Vraziliyalı futbolçu İstanbul təmsilçisində 45 matça çıxaraq 3 qol və 6 qol məhsuldar ötürmə ilə yadda qalıb.