"Jirona"nın ukraynalı hücumçusu Artyom Dovbik "Atletiko Madrid"lə hələ şəxsi müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Mateo Moretto yayıb.
Xəbərə görə, klublar öz aralarında transferin detallarını müəyyənləşdirsələr də, Dovbikin tələbləri ilə "Atletiko"nun planları üst-üstə düşmür. Mənbə bu vəziyyətdən onu sıralarına cəlb etməyi hədəfləyən "Roma" və "Vest Hem"in faydalana biləcəklərini vurğulayıb.
Ötən mövsüm bütün turnirlərdə 41 matça çıxan Dovbik 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Ktaloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat