Fransalı hücumçu Antuan Qrizmann yaxında "Atletiko Madrid"i tərk edərək başqa kluba keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Nəşrin məlumatına görə, MLS təmsilçisi "Los-Anceles" təcrübəli fransız futbolçunu transfer etmək istəyir. Müqavilə reallaşarsa, Qrizmann "İnter Mayami" klubunun ulduzu Lionel Messidən sonra MLS-də ən çox maaş alan ikinci futbolçu olacaq.
Antuan Qrizmannın "Atletiko" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. “Transfermarkt” 33 yaşlı fransalının dəyərini 25 milyon avro qiymətləndirib.
Mirağa