"Roma" tezliklə "Yuventus"dan aldığı vinger Matias Sulenin transferini elan edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, Turin klubu futbolçu üçün 26 milyon avro, əlavə olaraq daha 4 milyon bonus əldə edib. Bundan əlavə, "Yuventus" Matiasın gələcək satış qiymətinin 10 faizini əldə etmək hüququnu özündə saxlayacaq.
Futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Sule karyerası ərzində 136 matça çıxıb, 24 qol vurub və 16 məhsuldar ötürmə verib.
Mirağa