"Barselona" 27 yaşlı vinger Rafinya üçün Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"ın 65 milyon avroluq təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya nəhəngi bu məbləği az hesab edib və yalnız 90 milyon avroluq təklif alacağı təqdirdə danışıqlarda iştirak etməyə hazır olduğunu qarşı tərəfə çatdırıb.
Rafinya ötən mövsüm bütün yarışlarda 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mirağa