"Qarabağ"ın sabiq qapıçısı, hazırda Moskva "Dinamo"sunun uğurları üçün çalışan Andrey Lunyov "Zenit"in çempionluq titulunu əlindən almaq istədiklərini deyib.
Fanat.Az xəbər verir ki, "Metaratings" onun sözlərini belə çatdırıb:
"Məqsədimiz bu mövsüm çempionluq uğrunda mübarizə aparmaqdır. "Zenit" həmişə favorit olub. Hətta onlar qalib qızıl medallara sahib çıxa bilmədikləri mövsümlərdə belə, çempionluğa əsas namizədlərdən sayılıblar. Onlara əlcək ata bilərikmi? Belə bir tapşırığımız var. Nə olacağını zaman göstərəcək".
Xatırladaq ki, "Dinamo" son mövsümdə Rusiya Premyer Liqasının bürünc medallarını qazanıb.
Nihat