Düz 40 il əvvəl - 29 iyul 1984-cü ildə Pep Qvardiola "Barselona"nın gənclər komandasına qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar hətta 13 yaşlı Qvardiolanın klub formasında köhnə şəklini də nümayiş etdirib:
Pep Qvardiola hazırda "Mançester Siti"ni çalışdırır. İngiltərə klubunun sükanı arxasında olduğu səkkiz mövsüm ərzində Qvardiola çoxsaylı kuboklar, o cümlədən altı İngiltərə Premyer Liqası və bir Çempionlar Liqası kuboku qazanıb.
Mirağa