"Milan"ın qapıçısı Marko Sportello ABŞ-də mövsümöncəsi hazırlıq zamanı qeyri-adi şəraitdə özünə xəsarət yetirib.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, o, oteldə əlini kəsib. Qolkiperin sağalma müddəti hələ dəqiq məlum deyil. Bununla belə, onun ən azı 2 ayı buraxacağı gözlənilir.
“Rossonerilər” artıq yeni qapıçı axtarışına çıxıb.
32 yaşlı italiyalı ötən mövsüm bütün turnirlərdə 9 oyun keçirib, 3 dəfə qapısını toxunulmaz saxlayıb.
Mirağa