İngiltərənin “Tottenhem” klubunun futbolçusu Brayan Xil karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Jirona”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hotspurlular futbolçusunu icarəyə verib. Xil mövsümün sonuna qədər La Liqa klubunda oynayacaq.
Brayan 2021-ci ildən “Tottenhem”də çıxış edir. Həmin il “Sevilya”dan Premyer Liqa klubuna keçən futbolçu London klubunun heyətində 43 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki,"Sevilya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna 54-cü dəqiqədə daxil olan Brayan Xil bundan 7 dəqiqə sonra komandasının ilk qolunu vurub.
Brayan Xil 2019-cu ilin noyabrında UEFA Avropa Liqasının qrup oyunu çərçivəsində "Ramon Sançes Pisxuan" stadionunda keçirilən və "Sevilya"ın 2:0 qalib gəldiyi görüşdə "Qarabağ"a qol vurmaqla yadda qalıb.
Mirağa