Londonun "Vest Hem" klubu Almaniya millisinin forvardını almaq istəyir.
Fanat.Az xəbər verir ki, söhbət baş məşqçisi Xulen Lopeteqinin bəyəndiyi "Borussiya Dortmund"un hücumçusu Niklas Fyülkruqdan gedir.
"Sky Sports"-un məlumatına görə, "Vest Hem" hələ ötən yay sıralarına cəlb etmək istədiyi təcrübəli alman futbolçu ilə bağlı qərarını qətiləşdirib. Xatırladaq ki, “çəkicdöyənlər” təcrübəli almaniyalı ilə ötən yay maraqlansa da, sonradan hücumçu “Verder”dən Dortmund “Borussiya”sına keçmişdi.
31 yaşlı Fyülkruq Almaniya Bundesliqasının son mövsümündə 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Niklas Almaniya millisinin heyətində AÇ-2024-də də 2 qol vurub.
Mirağa