"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasuyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, “Atletiko Madrid” argentinalı futbolçunun İngiltərə klubu ilə aralarındakı soyuqluqdan yararlanmağa çalışır.
Madrid klubu argentinalı forvardı 33 yaşlı fransalı hücumçu Antuan Qrizmannın əvəzləyicisi kimi nəzərdən keçirir.
Alvaresin “şəhərlilər”lə müqaviləsi 2028-ci ilin yayına qədər olsa da, o, meydana azaz çıxmasına görə Pep Qvardioladan narazıdır. Tanınmış insayder Fabritsio Romano bugünlərdə argentinalı forvardın narazılığını belə çatdırmışdı: “Ötən mövsüm meydanda keçirdiyim dəqiqələrin sayına görə komanda liderlərindən biri idim. Amma sonda əsas matçlarda kənarda qalırsanda, bu, xoş deyil. Çünki daim faydalı olmaq istəyirsən. Məqsədlərim və arzularım haqqında düşünmək üçün mənə daha çox oynamaq lazımdır. Gəlin görək bundan sonra nə olacaq”.
Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 36 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə edib.
Mirağa