"Barselona" "Leyptsiq"in hücumçusu Daniel Olmo ilə şəxsi müqavilənin bütün detallarını razılaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, İspaniya millisinin futbolçusu Kataloniya təmsilçisi ilə 6 illik müqaviləyə razılaşıb.
"Barselona" bundan sonra Almaniya klubuna yeni təklif göndərib. İspaniya nəhəngi "Leyptsiq"ə 55 milyon avro və daha 7 milyon avro müxtəlif bonuslar təklif edib.
Bundan əvvəl Bundesliqa təmsilçisinin La Liqa klubunun əvvəlki təklifini qəbul etmədiyi bildirilirdi.
Qeyd edək ki, cari mövsüm Almaniya klubunun forması ilə bütün turnirlərdə 22 matça çıxan Olmo 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun "Leyptsiq"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Mirağa