Rusiyalı hücumçu Fyodor Çalov karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, PAOK-la 3 illik müqavilə bağlayıb.
Bunu "Matç TV"-yə açıqlamasında sözügedən klubun vitse-prezidenti Kiriakos Kiriakos deyib.
Transferin yunanlara hansı məbləğə başa gələcəyi barədə rəsmi məlumat verilməsə də, Rusiya mətbuatında PAOK-un bu keçid üçün futbolçunun məxsus olduğu Moskva MOİK-inə 3 milyon avro ödəyəcəyi haqda informasiyalar dərc edilib.
Nihat