"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani komandanın təcrübəli adları - qapıçı Manuel Noyer və hücumçu Tomas Müllerlə münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern&Germany" belə çatdırıb:
"Mən komanda şəklində nəyə nail olmaq istədiyimizi çox yaxşı bilirəm. Yalnız Manuel və Tomas yox, "Bayern"dəki bütün futbolçular yüksək tələbləri olan məşqçilərlə işləməyə öyrəşiblər. Futbolçu əfsanəyə çevriləndən sonra da mükəmməlləşmək istəyir. Çünki əfsanələrin mentaliteti belədir. Qısası, belə oyunçularla işləmək daha asandır".
Xatırladaq ki, Kompani "Bayern"in baş məşqçi postuna bu yay gətirilib. Geridə qalan mövsümdə "Börnli" onun rəhbərliyi altında 19-cu yeri tutaraq İngiltərə Premyer Liqasını tərk edib.
Nihat