“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real Madrid”lə oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, AS nəşri alman məşqçinin dediklərini belə çatdırıb:
“Real”la matç həmişə əla keçir. “Mançester Siti” ilə görüşdən daha yaxşı oynadıq. Futbolçuların necə davranmaları, topa nəzarət etmələri xoşuma gəldi. Böyük təcrübə oldu. Amma bu, sadəcə, mövsüm başlamazdan əvvəl məşqdir”.
Kataloniya klubu bu görüşdə 2:1 hesabı ilə qalib gəlib.
“Barselona” İspaniya çempionatının son mövsümünü ikinci pillədə başa vurub.