PSJ-nin yarımmüdafiəçisi Xavi Simons Almaniyanın "Leypsiq" klubunda qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Ötən mövsümü "öküzlər"də icarə əsasında çıxış edən futbolçunun keçidi ilə bağlı tərəflər eyni şərtlərlə daha 1 illik müqavilə imzalayıblar.
Oyunçu ilə "Bayern" də maraqlansa da, o, əsas heyətdə yer alacağına zəmanət verilən "Leypsiq"də qalmağa qərar verib. 21 yaşlı yarımmüdafiəçi tezliklə tibbi müayinədən keçəcək və Bundesliqa klubu ilə yeni müqavilə imzalayacaq.
Mirağa