Fransanın PSJ klubu futbolçusu Xavi Simonsun növbəti mövsümə harada başlayacağını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı vinger 2024/2025 mövsümündə icarə əsasında "Leyptsiq"də oynayacaq.
Niderland millisinin üzvü 2023/2024 mövsümündə də Bundesliqa klubunun uğurları üçün çalışıb.
Xatırladaq ki, 2019-cu ildə "Barselona"dan ayrılan Simons PSJ-yə azad agent statusu ilə qoşulub. O, Fransa nəhənginin heyətində ümumilikdə 11 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.
Nihat