"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandadan getmək istədiyi deyilən cinah hücumçusu Joau Feliksdən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Joau Feliks "Atletiko"nun futbolçusudur. Nə qədər ki, komandadadır, ona necə çalışdığına görə qiymət verəcəyik. Başqalarına necə, ona da elə... Bugünlərdə "Xetafe"yə qarşı 45 dəqiqə oynadı və özünü yaxşı tərəfdən göstərdi".
Xatırladaq ki, Feliks ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. Kataloniya təmsilçisinin forması ilə bütün turnirlərdə 54 oyuna çıxan portuqaliyalı futbolçu 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Atletiko" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Nihat