"Barselona"nın yarımmüdafiəçisi Oriol Romeu "Jirona"ya qayıdıb.
Fanat.Az xəbər verir ki, "ağ-qırmızılar" 32 yaşlı futbolçunu icarəyə götürdüyünü rəsmən açıqlayıb.
Müqavilə 2025-ci ilin ortalarına qədər qüvvədə olacaq.
Romeu ötən mövsümün əvvəlində əks istiqamətdə hərəkət etsə də, “blauqrana”nın əsas heyətində özünü təsdiq edə bilməyib.
Yarımmüdafiəçi son mövsümdə 37 matçda 1 məhsuldar ötürmə edib. “Jirona” son La Liqanı sensasiyalı şəkildə üçüncü pillədə başa vurub. Mişelin komandası Çempionlar Liqasının 2024/25 mövsümünün qrup mərhələsində, eynilə çempionatı ikinci pillədə başa vuran "Barselona" kimi, mübarizə aparacaq.
Mirağa