"Bayer Leverkuzen" mərkəz müdafiəçisi Conatan Tanı satmaq qərarına gəlib.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, "əczaçılar"ın arxa xətt oyunçusuna elçi düşən "Bayern Münhen"lə apardığı danışıqlar müsbət məcrada yekunlaşıb.
Münhen klubunun bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyəcəyi və müxtəlif bonuslar şəklində daha 5 milyon avro xərcləyəcəyi bildirilib. Bu transferin reallaşması üçün "Bayern"in ilk növbədə niderlandlı müdafiəçi Matteys de Liqti "Mançester Yunayted"ə satmalı olduğu vurğulanıb.
Nihat