Londonun "Arsenal" klubu ötən axşam Almaniya çempionu "Bayer Leverkuzen"lə yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, "Emireyts" stadionunda baş tutan görüşdə "topçular" böyükhesablı qələbə qazanıblar - 4:1.
Oyunun əvvəlində, konkret 8-ci və 9-cu dəqiqələrdə "Arsenal" iki dəfə fərqlənib - qolları Aleksandr Zinçenko və Leandro Trossard vurub. Birinci hissə bitməmiş londonlular Qabriel Jezusun qolu ilə üstünlüyü 3:0-a çatdırıblar. 65-ci dəqiqədə Kay Haverts keçmiş klubuna qol vurub. Leverkuzenlilər buna yalnız bir qolla cavab verib - 76-cı dəqiqədə Adam Qlozek "Arsenal"ın qapısına yol tapıb.
"Bayer" növbəti yoldaşlıq oyununu avqustun 10-da İspaniyanın "Betis" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə "Ştutqart"la Superkubok görüşü baş tutacaq.