"Napoli" klubunun gürcüstanlı oyunçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə çempionatında davam etdirmək fürsəti qazanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Mançester Siti" yarımmüdafiəçi ilə ciddi maraqlanmağa başlayıb. Pep Qvardiola şəxsən futbolçunu komandasında görmək istəyir. Problem neapolluların gürcü üçün tələb etdiyi təzminat məbləğidir. İtalyanlar Xviça üçün 100 milyon avrodan çox almaq istəyir. “Şəhərlilər” isə bu məbləğ "hədsiz" hesab edirlər.
"Transfermarkt" Kvaratsxeliyanın dəyərini 80 milyon avro qiymətləndirir.
Xviçanın "Napoli" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Mirağa