"Real Madrid"in sabiq futbolçusu Eduardo Qonsales (Çato) həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"nun rəsmi saytı yayıb.
Sabiq yarımmüdafiəçi 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Eduardo Qonsales 1966-1969 və 1970-1971-ci illərdə "Real"ın formasını geyinib. O, İspaniya nəhənginin heyətində üç dəfə İspaniya çempionu olub.