"Verder"in futbolçusu Nabi Keyta komandadan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, qvineyalı yarımmüdafiəçinin 2026-cı ilin yayına qədər olan müqaviləsi qarşılqlı razılıq əsasında ləğv edilib.
29 yaşlı futbolçu ötən mövsümün aprel ayında etdiyi intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, ötən ilin yayında "Liverpul"dan "Verder"ə keçən Keyta Bremen klubunda cəmi 5 oyunda meydana çıxıb.