"Arsenal"ın baş məşqçisi Mikel Arteta peşəkar cibgir dəstəsinin xidmətindən istifadə edib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, ispan mütəxəssis cibgirləri komandanın şam yeməyinə çağıraraq futbolçuların telefonlarını, pul kisələrini və digər əşyalarını oğurlatdırıb. Yeməkdən sonra isə Arteta oyunçulara vəziyyəti başa salaraq onlara həm meydanda, həm də meydandan kənarda ayıq-sayıq olmağın vacibliyini xatırladıb.
Nihat