"Çelsi"nin cinah hücumçusu Rahim Sterlinq komandanın yeni baş məşqçisi Entso Mareskadan danışıb.
Fanat.Az xəbər verir BBC onun sözlərini belə çatdırıb:
"O həm məndən, həm də komandadan ən yaxşı şəkildə istifadə edə bilər. Mareska gələndən avtoritetini ortaya qoyub və necə oyun tələb etdiyini bizlərə çatdırıb. Hə, bəzi nəticələr arzulanan kimi deyil, amma zamanla müsbətə doğru dəyişəcək. Oyun detallarının necə formalaşdığını görə bilərsiniz. Hələ hər şey indi başlayır. Doğru yoldayıq. Hazırda komanda öyrənmə mərhələsindədir. Tezliklə Premyer Liqa start götürəcək və düşünürəm ki, ən yaxşı vaxtlar irəlidədir".
Xatırladaq ki, Mareska "zadəganlar"ın baş məşqçi postunda Maurisio Poçettinonu əvəzləyib.
Nihat