Bir müddət öncə "Jirona"dan "Roma"ya transfer olunan hücumçu Artyom Dovbik "Atletiko Madrid"ə keçidinin niyə alınmadığını deyib.
Fanat.Az xəbər verir ki, Ukrayna millisinin forvardının sözlərini "Gazzetta dello Sport" belə çatdırıb:
"Atletiko"dakı insanların bəziləri məni orada görmək istəyirdilərsə, digərləri istəmirdilər. Yəni "Roma" qədər inanmadıqlarını hiss edirdim".
Xatırladaq ki, Dovbik ötən mövsüm La Liqada 36 oyuna çıxaraq 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/24 "futbol ili"ndə İspaniya çempionatının bombardiri olub.
Nihat