Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki,məlumatı İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.
Yığma U-21-in baş məşqçisi Li Karsliyə tapşırılıb. 50 yaşlı mütəxəssis sentyabrda komandanı UEFA Millətlər Liqasındakı matçlara çıxaracaq.
Xatırladaq ki, İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün finalında İspaniyaya uduzduqları (1:2) matçdan sonra postundan gedib.