İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Pep Qvardiolanı milli komandada görmək istəyir.
Fanat.Az xəbər verir ki, o, "Goal"-a açıqlamasında ispaniyalı mütəxəssisi İngiltərə yığmasının baş məşqçi postuna əsas namizəd saydığını deyib:
“Düzünü desəm, Qvardiolanı görmək istərdim. Düşünürəm ki, İngiltərə ən yaxşı məşqçiləri seçməlidir. Pepin komandalarının performansını nəzərə alsaq, bu, əla olardı. Həm də o, illərdir Premyer Liqada işləyir, ingilis futbolçulara yaxşı bələddir.
Bununla belə, Li Karsli (müvəqqəti məşqçi) fürsət qazanıb. Onunla “Everton”da oynamışam, ikimiz də kiçik idik, o, çox yaxşı insan və məşqçidir.
Li İngiltərə U21-də, Soutqeyt kimi çox yaxşı çıxış etdi. Ona görə də düşünürəm ki, o, fürsətə layiqdir və uğur qazanarsa, bəlkə də millinin növbəti məşqçisi olacaq”.
Qeyd edək ki, AÇ-2024-dən sonra İngiltərə millisində baş məşqçi postu vakantdır.
Mirağa