"Tottenhem" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, London klubunun rəsmi saytı "Bornmut"un futbolçusu Dominik Solankeni keçidini elan edib.
İngiltərəli hücumu ilə 6 illik müqavilə imzalanıb.
Yerli KİV hotspurluların Solankenin transferi üçün "Bornmut"a 65 milyon funt sterlinq ödəyəcəyini bildirib.
26 yaşlı hücumçu 2023/2024 mövsümündə "Bornmut"un bombardiri olub. O, bütün yarışlarda 42 matçda iştirak edib, 21 qol vurub və 4 qolun ötürməsini verib.