"Mançester Siti"nin qapıçısı Ederson karyerasını harada davam etdirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı braziliyalı qolkiperin sözlərini AS belə çatdırıb:
“Fərziyyələrə son verin. Məşqçim və direktorumla danışdım. Təbii ki, ailəmlə də məsləhətləşdim. Bu, ortaq qərar idi. Biz daha bir neçə il “Mançester Siti”də qalırıq.
Bir neçə təklif oldu. Təbii ki, media çox şey yazır, bəzən bir az uydurur. Amma indi bütün diqqətimi "Mançester Siti"dəki çıxışıma yönəltmişəm".
Qeyd edək ki, Ederson 2017-ci ilin iyulundan "Mançester Siti"nin formasını geyinir. O, ötən mövsüm 43 oyuna çıxıb. Bu qarșılaşmalarda 34 qol buraxan "çərçivə" qoruyucusu 16 matçda qapısını toxunulmaz saxlayıb.