"Çelsi” heyətinə yeni hücumçu qatıb.
Fanat.Az xəbər verir ki, “zədəganlar” “Vulverhempton”dan Pedru Netunu alıblar.
Məlumatı klubun rəsmi saytı yayıb.
Portuqaliya millisinin üzvü ilə 7 illik müqavilə imzalanıb. "Çelsi" "canavarlar"a 63 milyon avro ödəyəcək.
Qeyd edək ki, Netu ötən mövsüm Premyer Liqada 20 oyunda 11 qol vurub.