"Barselona"nın sabiq müdafiəçisi və kapitanı Serxi Roberto karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, onun xidmətində "Fiorentina" maraqlıdır. Mənbə Serxini heyətə cəlb etmək variantını "Roma" və "Komo"nun da nəzərdən keçirdiyini vurğulayıb.
Xatırladaq ki, 32 yaşlı Roberto 13 mövsüm keçirdiyi Kataloniya klubundan ayrılıb. Bu müddət ərzində İspaniya nəhənginin forması ilə 373 matça çıxan arxa xətt oyunçusu 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat