"Bayern Münhen"in yarımmüdafiəçisi Kinqsli Koman karyerasının İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, "Barselona" Bilbao "Atletik"inin və İspaniya millisinin ulduzu Niko Uilyamsı transfer edə bilməyəcəyi halda, 28 yaşlı Komanın keçidini reallaşdırmağa çalışacaq.
Xatırladaq ki, ötən mövsüm "Bayern" forması ilə 27 matça çıxan Kinqsli 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat