"Roma"nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanı təmsilçisindən aldığı təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, sözügedən ölkənin "Əl-Kadisiya" klubu argentinalı ilə ildə 25 milyon avro əməkhaqqı fonunda 4 illik müqavilə bağlamaq istəsə də, o, "Roma"da qalmağı üstün tutub.
Qeyd edək ki, ötən mövsüm "canavarlar"ın heyətində 39 matça çıxan Dibala 16 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Nihat