Portuqaliyanın "Braqa" klubunun rəhbərliyi baş məşqçi Daniel Sousa ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
38 yaşlı mütəxəssisin 2 il müddətinə nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Sousa bu ilin mayından Braqa təmsilçisini çalışdırırdı. Onun komandası ötən gün ölkə çempionatının I turunda "Eştrela" ilə 1:1 hesablı bərabərliyə razılaşıb.