"Qalatasaray"ın vingeri Kerem Aktürkoğlu iş yerini dəyişməyə yaxındır.
Fanat.Az "Milliyet"ə istinadən xəbər verir ki, türk futbolçu Moskva "Spartak"ının illik 2,2 milyon avro maaş təklifini geri çevirsə də, ruslar oyunçuya yeni məbləğlə müraciət ediblər.
Məlumata görə, Aktürkoğlu "Spartak"dan 3 milyon avro illik əməkhaqqı istəyib, lakin Moskva klubunun rəhbərliyi 2,4 milyon avro maaş və müxtəlif bonuslarla oyunçunu yola gətirə biliblər.
Xatırladaq ki, Keremin "Qalatsaray"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat