"Opta"nın superkompüteri İngiltərə Premyer Liqasının yeni mövsümünün favoritlərini müəyyən edib.
Fanat.Az xəbər verir ki, bu barədə analitik portal rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərə görə, süni intellektlə işləyən superkompüter Premyer Liqanın növbəti mövsümünü 10 min dəfə simulyasiya edib. Cihaz müəyyən edib ki, "Mançester Siti" yenə çempion olacaq. "Arsenal" 2-ci yerdə qərarlaşıb. "Liverpul" Premyer Liqanın yeni mövsümünün favorit "üçlüy"ünü tamamlayıb.
Premyer Liqanı tərk etməyə əsas namizədlər isə "İpsviç", "Sauthempton" və "Lester" göstərilib.
Mirağa