Fransa "Reyms"inin yarımmüdafiəçisi Amir Riçardsonun karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində "Fiorentina" maraqlıdır.
Florensiya klubu "Reyms"lə şifahi razılığa gəlib və 22 yaşlı oyunçu üçün qarşı tərəfə 9 milyon avro ödəyəcək. Bundan başqa, 1 milyon avro bonus da nəzərdə tutulub. "Fiorentina" gələcəkdə mərakeşli futbolçunu satsa, "Reyms" həmin məbləğin 10 faizinə sahib çıxacaq.