Bu yay "Barselona"ya mümkün keçidi ilə bağlı şayiələrə baxmayaraq, Niko Uilyams "Atletik"də qalmağa qərar verib.
Fanat.Az xəbər verir ki, o, hətta Bilbao klubunda forma seçimini də edib.
Klubun mətbuat xidmətinin paylaşdığı videodan aydın olur ki, yarımmüdafiəçi forma nömrəsini dəyişib. O, cümə axşamı "Xetafe" ilə qarşılaşmada "10 nömrə"ni geyinəcək.
Bu nömrəni əfsanəvi kapitan İker Munyain, habelə Fransisko Yeste, Aytor Larrasabal kimi məşhur oyunçular geyiniblər. Bu arada, Uilyams sahibi olduğu "11 nömrə"ni Alvaro Caloya təhvil verib.
🤜🏿🤛🏿 @willliamsssnico y @AlvaroDjalo al mando en el cambio de dorsales. #AthleticClub 🦁 pic.twitter.com/4zR0IxIWJM
— Athletic Club (@AthleticClub) August 12, 2024
21 yaşlı Uilyams son çempionatda "Atletik"də 37 matçda 8 qol və 19 məhsuldar ötürmə ilə parlaq mövsüm keçirib. Vinger həmçinin İspaniya millisi ilə AÇ-2024-ün qalibi olub. Onun klubla 2027-ci ilə qədər müddətə müqaviləsi var.
Mirağa