"Milan"ın fransalı müdafiəçisi Pyer Kalyulyu karyerasını digər İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Mənbə "qoca sinyora"nın bir mövsümlük icarə üçün "qırmızı-qaralar"a 3 milyon avro təklif etdiyini vurğulayıb. Turin klubunun sonradan 14 milyon avro ödəyərək Kalyulyunun transfer hüquqlarına yiyələnməyi də planlaşdırdığı açıqlanıb.
Qeyd edək ki, sözügedən oyunçu 2020-ci ildən "Milan"ın formasını geyinir. 24 yaşlı Kalyulyunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsümün böyük hissəsində zədəli olan Pyer bütün turnirlərdə 11 matça çıxıb.
Nihat