İtaliyanın "İnter" klubu hücumçusu Lautaro Martineslə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə "neradzurri"nin mətbuat xidməti məlumat yayıb.
Hücumçu daha 5 il Milan təmsilçisinin formasını geyinəcək.
26 yaşlı argentinalı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. O, bu müddət ərzində 282 matçda 123 qol vurub.
Martines Argentina yığmasının heyətində 2022-ci il dünya çempionatının qalibi olub.