İngiltərə nəhəngi "Liverpul" "Valensiya"nın və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilini transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar davam edir, lakin yekun qərar hələ qəbul edilməyib. Mersisaydlılar gürcü qolkiperi 30 milyon avroya almaq və dərhal icarəyə vermək imkanını nəzərdən keçirir. Futbolçunun özünün də bu varianta razı olduğu qeyd edilir.
Almaniyada keçirilən Avropa çempionatında Gürcüstan yığması 1/8 finala yüksəlib və burada turnirin son qalibi İspaniyaya uduzub (1:4). Mamardaşvili gürcülərin heyətində keçirdiyi 4 oyunun hamısında iştirak edib və 29 seyv edib - bu, bütün qapıçılar arasında AÇ-2024-ün ən yaxşı rekordudur.
Mirağa