"Ludoqorets" klubunun rəhbərliyi ötən gecə Razqradda "Qarabağ"la Çempionlar Liqasının cavab oyununda 2:7 hesabı ilə məğlub olan komandanın baş məşqçisi Georgi Dermençiyevi istefaya göndərməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə “Kotasport” məlumat yayıb.
Mənbənin məlumatına görə, təcrübəli mütəxəssisə hələ “Qarabağ”la oyundan əvvəl ultimatum verilib və o, Azərbaycan təmsilçisinə uduzacağı halda taleyinin necə olacağını bilib. “Ludoqorets”in Batumi “Dinamo”su və Minsk “Dinamo”su ilə görüşlərdəki çıxışını bəyənməyən rəhbərliyin Dermençiyevi "Levski" ilə derbi ərəfəsində qovacağı gözlənilir. Görüş çempionatın 5-ci turuna təsadüf edəcək.
Məşqçi dəyişikliyi etməkdə qərarlı görünən rəhbərlik komandanı müvəqqəti olaraq Zahari Sirakova tapşıracaq. “Levski” ilə qarşılaşmaya komandanı məhz o, çıxaracaq. Bolqarıstan çempionunun daimi əvəzləyicisinə gəlincə, komandanın əcnəbi məşqçiyə tapşırılacağı istisna edilmir.
Mirağa