Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermençiyevi istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmən açıqlama yayıb.
Onunla birlikdə köməkçisi Todor Jivondov da yola salınıb.
Ayrılıq "Qarabağ"a 2:7 hesablı fiaskodan sonra reallaşıb. "Qartallar"a müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Zahari Sirakov rəhbərlik edəcək.
Georgi Dermençiyev üçün bu, "Ludoqorets"in sükanı arxasında üçüncü (birində köməkçi məşqçi) dövr idi. Komanda onun rəhbərliyi altında Bolqarıstan çempionu olub və Avropa klub turnirlərinin qrup mərhələsində iştirak edib.