"Qalatasaray"ın vingeri Kerem Aktürkoğlu karyerasını Rusiya çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Milliyet" yayıb.
Xəbərə görə, Moskva "Spartak"ı ilə uzun müddətdir danışıq aparan oyunçu ruslarla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Mənbə Keremin paytaxt təmsilçisində illik 3 milyon avro maaş alacağını və "Qalatasaray"ın bu keçiddən 12 milyon avro qazanacağını vurğulayıb. Türk futbolçunun Moskva təmsilçisinin ən ödənişli oyunçusu olacağı da diqqətə çatdırılıb.
Qeyd edə ki, ötən mövsüm İstanbul klubunun forması ilə bütün turnirlərdə 54 matça çıxan Aktürkoğlu 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "aslanlar"la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Nihat