“Napoli”nin müdafiəçisi Natan karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Betis" klubu 23 yaşlı braziliyalını icarəyə götürüb.
Bu barədə Seviliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Anlaşmada "Betis"in bu mövsümün sonunda braziliyalı oyunçunu birdəfəlik ala biləcəyi barədə bənd var.
Natan 2023-cü ilin yayından “Napoli”də oynayırdı. O, Neapol klubunun heyətində 21 oyuna çıxıb və 1 qol ötürməsi verib.