“Monako”nun və Fransa millisinin yarımmüdafiəçisi Yusuf Fofana karyerasını “Milan”da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında yayıb.
Mənbənin məlumatına görə, futbolçu bu gün tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya uçacaq.
Fofananın transferi üçün İtaliya nəhəngi “Monako”ya 25 milyon avro və əlavə bonuslar ödəyəcək. Futbolçu ilə 4 illik müddətə müqavilə imzalanacaq.
Qeyd edək ki, Fofana 2020-ci ilin qışında “Strasburq”dan “Monako”ya keçib. 25 yaşlı mərkəz yarımmüdafiəçi son mövsümdə Liqa1-də 32 oyuna çıxıb və 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa