"Mançester Yunayted" transfer pəncərəsi bitməmiş yarımmüdafiəçisi Kristian Eriksenlə ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin məlumatına görə, mankunianların rəhbərliyi danimarkalıya yeni komanda axtara biləcəyini bildiriblər. Eriksen artıq 2022-ci ilin yayında futbolçunu “Old Trafford”a dəvət edən baş məşqçi Erik ten Haqın planlarına daxil deyil. "Mançester Yunayted" Kristianı ucuz qiymətə buraxmağa hazırdır, çünki bir vaxtlar klub danimarkalı ilə azad agent kimi müqavilə imzalamışdı.
32 yaşlı Eriksen ötən mövsüm İngiltərə Premyer Liqasında 22 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə müəllifi olub.
Mirağa